Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülər SAXLANILDILAR
Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüququ 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli qəzada xəsarət alanlardan ikisi evə buraxıldı
- Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
- 75 yaşlı qadını öldürüb su quyusuna atdı - Tamah məqsədilə törədilən cinayətin DETALLARI
- DİN avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ ETDİ
- Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb