Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir
Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Elşən Vahid oğlu Salmanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
"Ekstradisiya" teqi üzrə xəbərlər
- Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib
- Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan Azərbaycana ekstradisiyası təmin olunub
- Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək
- Beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana gətirildi
- Beynəlxalq axtarışa verilmiş 7 şəxs Azərbaycana ekstradisiya edilib