Bakıda “Azəravtoyol” ASC-yə məxsus işıq plafonları oğurlanıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, hadisə iyunun 6-da baş verib.
Bu gün Suraxanı rayon Polis İdarəsi 33-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Azəravtoyol” ASC-yə məxsus 132 ədəd işıq plafonunu oğurlamasında şübhəli bilinən Bakı şəhər sakini Eldəniz Quliyev tutulub.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az