Azərbaycan avstriyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Avstriya vətəndaşı, 67 yaşlı Reyter Maksimilyan Pottenşteyn vergidən yayınmada təqsirləndirilir. Azərbaycanı tərk etdiyi üçün hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edib.
Reyter Maksimilyan Pottenşteyn Azərbaycanda bizneslə məşğul olub.