Fətullahçı terror təşkilatının (FETÖ) Azərbaycandakı rəhbərlərindən biri sayılan İbrahim E. Türkiyəyə ekstradisiya edilib.
Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Zaman” qəzetinin Azərbaycandakı mətbəəsinin sahibi olan İbrahim E. Bakıda saxlanılıb.
O, bir neçə gün öncə Türkiyə tərəfinə təhvil verilib.
İbrahim E. barəsində terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.
Samir İsayev