Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azərbaycan" Nəşriyyatının sabiq direktor müavininin oğlu dələduzluqda ittiham olunur
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan" Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur.
"Report" xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.
R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi
- 254 milyon manatlıq CİNAYƏT: "Ailəm əsrlərdir, Bakıda yaşayır, beş-altı avtomobil niyə almayım ki?"
- Kibercinayətkarlıqdan zərər görənlər ifadə veriblər
- Gözləri görməyən şəxs törətdiyi dəhşətli qətlin təfərrüatını AÇIQLADI
- Qonşusunu öldürüb həyətində basdıran şəxs öz həyat yoldaşının intiharını niyə tələb edib?