Azərbaycandan qaçan 40 yaşlı adı çəkilməyən vətəndaş Rusiyanın Amur vilayətində saxlanılıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Azərbaycanda o külli miqdarda ziyan vurmaqla fırıldaqçılıqda ittiham edilir. Törətdiyi əmələ görə cavab vermək istəməyən şəxs Rusiyaya qaçıb. Bundan sonra o beynəlxalq axtarışa verilib.
Amur və Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində “qaçaq” Oktyabrsk rayonunun Yekaterinoslavka kəndində tutulub.
“Azərbaycan vətndaşı hal-hazırda istintaq təcridxanasında saxlanılır", - Amur polisin məlumatında bildirilir.
Cinayətkarın Azərbaycana ekstradasiya edilməsi barədə müzakirələr aparılır.