Rusiyada “Coca-Cola” zavodunun direktoru Dmitri Soşnevi qətlə yetirməkdə şübhəli bilinən şəxslərə qarşı ittiham irəli sürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Fontanka.ru” Rusiya İstintaq İdarəsinin regional idarəsinə istinadən xəbər yayıb.
Vyaçeslav Finogenova qarşı ittiham dekabrın 9-da, Denis Çxitauriyə qarşı isə dekabrın 10-da irəli sürülüb.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiyanın Sankt-Peterburq şəhərində “Coca-Cola” zavodunun direktorunu qətlə yetirən şəxsləri saxlayıblar. Onlar öz günahlarını etiraf ediblər.
28 yaşlı Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finogenov saxlanıldıqdan sonra öldürülən şəxsin cəsədi və silahı gizlətdikləri qarajı göstəriblər. Cinayət işi qaldırılıb.
Qeyd edək ki, Denis Çxitauri Azərbaycan vətəndaşıdır.