Bakıda kürəkən keçmiş qayınanasını sonra isə özünü bıçaqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xaşaxuna bağlarında qeydə alınıb.
1961-ci il təvəllüdlü Bəhruz Əliyev aralarında yaranan mübahisə zəminində keçmiş qayınanası, 1958-ci il təvəllüdlü Lyudmila Feyzullayevaya bir neçə bıçaq xəsarəti yetirib.
Bundan sonra B.Əliyev özünü bıçaqlayıb.
Hadisə nəticəsində xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.