Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli saxlanılıb.
Oxu.Az-ın Avropa.info-ya istinadən məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərdən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.
Zərdab rayon polis şöbəsindən faktı təsdiqləyiblər.
Hazırda Ceyhun Toqifli barədə cinayət işi başlanılıb, araşdırma aparılır.
S.B.
www.oxu.az