Azərbaycanda sement-gips əsasında inşaat qarışıqlarının istehsalı sahəsində məşhur olan “Mətanət A” şirkətinin prezidenti, 1967-ci il təvəllüdlü Elxan Bəşirov fırıldağın qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Bakının Binəqədi rayon Polis bölməsində bidliriblər.
Bildirilir ki, Bəşirov polisə ərizə ilə müraciət edərək, bu ilin iyun ayında Binəqədidə yerləşən DSK adlanan yerdə özlərini Aydın və Fariz kimi tqdim edən şəxslərin onu aldatdıqlarını bildirib.
Onlar özlərini usta kimi təqdim edərək, şirkətə dəmir qapıların quraşdırılmasını təklif ediblər. Yerinə yetirəcəkləri iş üçün isə 9 290 manat pul istəyiblər. Amma bu günə qədər qapılar quraşdırılmayıb. Bundan başqa ustalar özləri də qeybə çəkiliblər.
Hal-hazırda fakt üzrə istintaq aparılır. Şübhəlilərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
E.Ə.
www.oxu.az