Şəmkirdə iki nəfər arasında yaranan mübahisə bir nəfərin ölümünə səbəb olub.
Oxu.Az xəbər verir ki, Şəmkir rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, avqustun 13-də Şəmkir rayonu, Sabirkənd kəndinin ərazisində kənd sakini Vüqar Əliyev münaqişə zəminində Zəyəm qəsəbə sakini Pərvin Tanrıverdiyevi bıçaqla qətlə yetirib və hadisə yerindən qaçıb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Əliyev tutulub.
Hadisədən sonra Pərvin Tanrıverdiyevin anası Vəfa qisas məqsədilə Vüqar Əliyevin yaşadığı evə gəlib və neft məhsulunu mənzilin ətrafına tökərək yandırıb. Evin yanması qonşuluqda yaşayan şəxslər tərəfindən həvəskar kamera ilə lentə alınıb.
Hər iki faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.