Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda restoranda QAN TÖKÜLDÜ
Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlanıb.
"Report" xəbər verir ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi çalışan Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Nərmin Musa qızı Quliyeva bıçaqlanıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır.
İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub.
Hadisəni törədən Burhan Mustafa oğlu Karaca saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar alınıb
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Təcili tibbi yardım avtomobili qəzaya UĞRADI: Xəsarət alanlar var
- "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi
- Naxçıvanda yol təmirinə aid 53 milyonluq tenderin vaxtı uzadıldı
Ən çox oxunanlar