Tovuzun Aşağı Quşçu kəndində baş tutan toy məclisindən sonra bıçaqlanma baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni ailə quran Fərid və Ayşənin toyundan bir gün sonra qız evində Şirvan şəhər sakini olan bəy mübahisə zəminində gəlinin dayısı İdris Quliyevə bıçaqla zərbə endirib.
Davaya bəyin gəlini qohumları ilə şəkil çəkdirməsi üstündə döyməsi səbəb olub.
Buna etiraz edən Ayşənin 51 yaşlı dayısı İdris Quliyevə Fərid döş qəfəsindən bıçaqla xəsarət yetirib.
Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.