Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda vəzifəli şəxs hakim qarşısına çıxarılır
Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, istintaq zamanı Elgün Abdullayevin fərdi yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
"Lənkəran" teqi üzrə xəbərlər
- Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Lənkəranda "QAZel" qadını VURDU
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Lənkəranda zəncirvari qəzada altı maşın əzilib