Kazanın beynəlxalq aeroportunda Azərbaycan vətəndaşında saxta pasport aşkar ediblər, “Veçernaya Kazan” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, “Kazan-Bakı” aviareysinə oturmadan öncə sərhəd yoxlamasından keçərkən xarici vətəndaş saxtakarlıq elementləri olan pasport təqdim edib.
Pasportun yoxlanılması zamanı sənədin sahibi barədə məlumatın olduğu səhifələrin, eləcə də dövlət orqanlarının xidməti qeydiyyatlarının dəyişdirildiyi müəyyən edilib.
Rusiya Federal təhlükəsizlik xidmətinin sərhəd idarəsinin mətbuat xidməti ona Rusiya sərhəddini keçməyə icazə verilmədiyi barədə məlumat yayıb.
Materialların “saxta sənədin istifadəsi” maddəsində nəzərdə tutulmuş cinayət tərkibli əməl ilə bağlı Tatarıstanın daxili işlər orqanlarına göndərilməsi məsələsi həll edilir.