Şabranda polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Hacıağa Qurbanova məxsus “VAZ 2106” markalı avtomobili oğurlamaqda təqsirli bilinən şəxslər saxlanılıb.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkən aprelin 28-dən 29-na keçən gecə evinin qarşısında saxladığı avtomobilinin oğurlanması haqqında polis şöbəsinə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakinləri - 21 yaşlı Elməddin Rzayev və 26 yaşlı Səxavət Abdullayev saxlanılıb. Elməddin Rzayev hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.
Səxavət Abdullayev (saxlanılan şəxs) bildirib: “İçkiliydim. Toydan çıxıb məhəllə ilə gələndə gördüm ki, avtomobil var. Qapısı açıq idi, açarları da üstündə. Minib işə saldım, yolda dostumla qarşılaşdım. Minəndə soruşdu ki, avtomobil haradandır? Dedim ki, oğurluqdur. Düşmək istədi, saxladım. Sonra aparıb qabaqda saxladım. Məqsədim sadəcə sürmək olub. Peşman deyəndə ki, daha bunu eləmişəm. Buradan yaxşı qardaşlara salam deyirəm”.
Ətraflı video materialı təqdim edirik:
İ.N.