Məşhur azərbaycanlı prodüser Məmmədova Vəfa Vaqif qızı insan alverində ittiham üzrə həbs edilib.
Oxu.Az-ın məlumatına görə, Vesti.Az-a Nərimanov rayon Məhkəməsindən bildirilib ki, ona qarşı iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
O, hal-hazırda Bakı təcridxanasında saxlanılır.
Qeyd edək ki, adıçəkilən prodüser yerli şou-biznesin bir çox məşhur nümayəndələri ilə çalışıb.
www.oxu.az