Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Sadıqov 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ramil Sadıqov azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutub. Şikayət əsasında Ramil Sadıqov saxlanılıb.