Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıblar](https://images.oxu.az/2024/07/13/78zsRE58s2tJ81QrVh0f5DAMiJRs47iQKI4zYIvC:1200.jpg)
Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıblar
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Lerik rayon sakinləri Zaur Məmmədov və Zöhrab Tahirov saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı bağ sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdırılaraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Paşinyanla Makron nələri müzakirə ediblər? - SALAM BAKU
- Ermənilərin təxribat törətməkdə əsas məqsədi nədir? - Xəbərlərin 20:00 buraxılışı
- Bərdə polisi əməliyyat keçirdi: Üç kiloqram tiryək aşkarlandı
- Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur?
- Özbəkistanda gömrük postunda əməliyyat: 16 milyon dollarlıq "süpürgələr" aşkarlandı
Rəylər