Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müdafiə nazirinin müavinlərinin sayı AZALDILDI
Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.
Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.
Könül Cəfərli
Ən çox oxunanlar