Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.
Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.
1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb.
Həmin şəxslər onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Z.Q.
www.oxu.az