Moskvanın Neverovski küçəsində “Bakı bulvarı” restoranında atışma baş verib. Nəticədə restoran müştəriləri arasında iki kişi və iki qadın ağır yaralanıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, təsadüfən restoran ətrafında olan hadisənin şahidi baş verənləri danışıb.
“Mən işdən evə qayıdırdım. Döngəyə çatdım – fişəng səsi eşitdim. İşıqfora çatdım – anladım ki, bu, avtomatdan açılan atəşdir. Atəş açan görünmürdü, o papaqda idi. Onu sonra xarici markalı maşın apardı”, - şahid bildirib.
Hadisə yerində polis işləyir. Mübahisənin hansı şəraitdə baş verməsi və səbəbləri aydınlaşdırılır. İlkin məlumata əsasən, atəş odlu silahdan açılıb. LifeNews-a məlum olduğu kimi, hadisə may ayının 27-də gecə saat birə yaxın baş verib.
Nəticədə dörd nəfər: Mustafarov R. sol çiynindən, Bayramov R. sinəsindən, Ramazanova M. boyun nahiyəsindən, Məhəmmədova A. əlindən yaralanıb. Xəsarət alanların hamısı Sklifosovski adına xəstəxananın reanimasiya şöbəsindədirlər.
Hal-hazırda hadisə yerində olan polislər hadisənin başvermə səbəblərini aydınlaşdırırlar.