Bakıda Milli Parkda döyülmə hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Neftçilər prospekti-133 ünvanında yerləşən Milli Parkda, Dəniz Limanının yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Sevinc Əlisa qızı Məmmədova tanışı Faiq Azayev tərəfindən xuliqanlıq zəminində döyülüb.
Faktla bağlı araşdırma aparılır.