İraqın bir çox bölgəsini, o cümlədən böyük neft mədənlərini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı işğal etdiyi bölgələrdə bəzi qadağalar qoyub.
Kərkük Türkmən Cəbhəsi könüllüləri cəlb etmək üçün nəzərdə tutulan telefon nömrəsi ilə (nömrə Türkiyə Cümhuriyyətinin kodu ilə başlayır – red.) bərabər İŞİD-in 11 bəndlik manifestini də açıqlayıb.
Bunların arasında kişinin saç və üzünü daramasından tutmuş qadının stulda oturmasıyla bağlı olan müxtəlif qadağalar mövcuddur.
Oxu.Az Publika.Az-a istinadən həmin qadağaları təqdim edir.
İŞİD-in 11 bəndlik qadağalar manifestində aşağıdakılar qadağandır:
1. Qadınların cins şalvar geyinməsi
2. Kişilərin dar şalvar geyinməsi
3. Saçı qısaltmaq
4. Vitrində qadın paltarlarının nümayişi
5. Qadın paltarları satılan yerdə kişilərin işləməsi
6. Qadın paltarları tikilən mağazalara kişilərin daxil olması
7. Qadın gözəllik salonlarının təbliği (reklamı)
8. Qadınların kişi həkimə müraciət etməsi
9. Kişilərin saç və üzlərini daraması
10. Siqaret və qəlyan çəkilməsi
11. Qadınların stulda oturması
Manifest “bu qaydalardan hər hansı birinə əməl edilməməsi camaatın gözü önündə edamla (başın kəsilməsi) nəticələnək” təhdidi ilə bitir.
