Bakı metrosunda kamera oğurlanıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 15-də metronun "Nərimanov" stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.
Bu barədə məlumat daxil olan kimi əməliyyat başlanıb. Metropolitendə polis şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev müəyyən olunub.
Keçirilən əməliyyat zamanı Elxan Tağıyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
www.oxu.az