Bu gecə Bakıda qətl hadisəsi baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, gecə saat 2:00 radələrində metronun “Həzi Aslanov” stansiyasının qarşısında bir qrup şəxs arasında dava olub.
Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. Sonuncu hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.