Bakı şəhərinin bir neçə rayonunda dilənçilər saxlanılıb.
Bakı şəhər BPİ-dən Oxu.Az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB və PPXB əməkdaşları paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 5 kişi, 8 qadın və 7 azyaşlını müəyyənləşdirərək barələrində inzibati qaydada protokol tərtib edib. Onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.