Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.
Trend-in məlumatına görə, Bakı şəhər sakini Yasin Muxtarov Gürcüstan vətəndaşı Kevişvili Vasildən borc adı ilə bank vasitəsilə 10 min dollar alıb.
Hadisədən uzun müddət keçsə də, Y.Muxtarov borcunu qaytarmaqdan imtina edib.
Faktla bağlı araşdırma aparılır.