Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlanıb.
Bununla əlaqədar Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.