Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində 27 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Kərimli 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Kərim Kərimli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, Kərim Kərimli aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanı xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbərinin cəzası azaldılıb
- Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
- Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısında
- Bakıda idmançı qohumunu öldürənin cəzası beş il azaldıldı
Rəylər