Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bayden Ukraynaya piyada əleyhinə minaların göndərilməsini iki şərtlə təsdiqləyib
ABŞ Prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların göndərilməsini təsdiqləyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Washington Post" iki mənbəyə istinadla xəbər verib.
Qeyd olunur ki, Pentaqonun fikrincə, Kiyevə minaların verilməsi Rusiyanın hücumunu ləngitmək üçün ən faydalı addımlardan biridir.
Mənbələrdən birinin bildirdiyinə görə, Ukrayna siyasətçiləri sıx məskunlaşmış ərazilərdə mina yerləşdirməyəcəklərinə söz veriblər. Digər mənbə dəqiqləşdirib ki, minaların istifadəsi Ukrayna ərazisi ilə məhdudlaşacaq.
Bununla belə, qəzet vurğulayır ki, Ukraynaya piyada əleyhinə yerüstü minaların göndərilməsi mübahisələrə səbəb olur, çünki qeyri-seçici silah mülki əhaliyə ciddi ziyan vura bilər.
"ABŞ-nin Ukraynaya silah yardımı" teqi üzrə xəbərlər
- Zelenski atəşkəsin şərtini açıqladı
- ABŞ Ukraynaya hərbi yardımı azaldıb
- ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır
- Tramp Ukraynaya hərbi yardımı yenidən nəzərdən keçirir: İnaqurasiyadan sonra Kiyevi nə gözləyir?
- ABŞ-də Baydenin Ukraynaya nüvə silahı verməkdə əsl məqsədi açıqlandı