Bakıda yerləşən məşhur istirahət və əyləncə mərkəzlərindən birində kütləvi dava baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, 1995-ci il təvəllüdlü Leyla Məmmədova Novxanı qəsəbəsi ərazisində yerləşən “AquaPark” istirahət və əyləncə mərkəzində tanımadığı 3 nəfər oğlan tərəfindən döyüldüyü barədə polisə şikayət edib.
Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırma başlanılıb. L.Məmmədovaya qarşı xuliqanlıq edən şəxslərin axtarışları davam etdirilir.
E.Ə.
www.oxu.az