Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda 43 min qutu aksiz markasız siqaretin realizə olunmasının qarşısı alınıb - FOTO
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası olmayan 43 000 qutu müxtəlif adda tütün məmulatları aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş, üzərlərində müvafiq aksiz markası olmayan müxtəlif adda tütün məmulatlarının Bakıda realizə edilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubunun futbolçusu vergi borcu üzündən təlim məşq toplanışına yollanmayıb
- "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI+SAHİBLƏRİ
- Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Rəylər