Bakıda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 5-də Xəzər rayonunun Binə qəsəbəsində 5 yaşlı Aysu Abbasovanı evlərinin həyətində elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilən uşaq iyunun 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
A.M.