Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda adam oğurlayıb işgəncə verən dəstənin üzvləri belə ələ keçdi - VİDEO
Bakıda borclu olan şəxsi oğurlayaraq, işgəncə verən və pul tələb edən dəstənin saxlanılmasının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi video paylaşıb.
Görüntülərdə hüquq-mühafizə orqanlarının dəstənin qaldığı evə basqın edərək, qruplaşma üzvlərini saxlaması əks olunub.
Qeyd edək ki, paytaxt sakini Hüseyn Əsgərov 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilmədiyi üçün sentyabrın 9-da oğurlanıb. Onun kriminal aləmin nümayəndələri tərəfindən Abbasovanın istəyi ilə oğurlandığı məlum olub.
Saxlanılanların siyahısı: əvvəllər ölüm işinə görə məhkum olunmuş Allahverdiyev Vasif Dursun oğlu (1982-ci il təvəllüdlü), 1988-ci il təvəllüdlü Hüseynov Şaiq Firdovsi oğlu (qətlə görə məhkum olunub), 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu və sifarişçi Abbasova Aygün.