Bakının Xətai rayonu ərazisində kütləvi dava olub. Dava zamanı bir nəfər öldürülüb.
Oxu.Az xəbər verir ki, rayon polis idarəsindən Milli.Az-a verilən məlumata görə, Ukrayna dairəsinin yaxınlığında, 1 saylı çörək zavodunun qarşısında baş verən dava zamanı 23 yaşlı Elşad Kərimov, 22 yaşlı Ömər Cəbrayılzadə və 24 yaşlı Anar Süleymanov bıçaqlanıblar.
E. Kərimov xəstəxanaya aparılarkən keçinib, digər iki nəfər isə xəstəxanaya çatdırılıb. E.Kərimovun ürəyində həkimlər 4 bıçaq zərbəsi sayıblar.
Faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq aparılır.
E.Ə.
www.oxu.az