Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda baş verən silahlı insidentin TƏFƏRRÜATI: Əl izinin düşməməsi üçün köynəyindən istifadə edibmiş
Bakıda baş verən silahlı basqının təfərrüatı məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, şübhəli şəxslər qapını döyüb, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim ediblər. Hətta əlində vəsiqədə göstərib ki, ev sahibi buna inansın.
Qapını açan kimi həmin şəxslərdən biri mənzilə daxil olub. Bir neçə dəqiqə içəridə qaldıqdan sonra çıxıb digər şəxsi çağırıb. O da qapıya yaxınlaşıb və əl izi düşməsin deyə, köynəyinin ətəyi ilə cəftəni çəkərək evə daxil olub.
Quldurluq cinayəti gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində baş verib. İlkin məlumata görə, cinayətkarlar saat 21:00-a kimi evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra mənzilə daxil olublar.
Naməlum şəxs ev sahibi Rauf İsmayılovun başına silah dayayaraq ondan pul tələb edib. Zərərçəkmişin qızı bildirib ki, atasının heç kimlə ədavəti yoxdur.
Müəyyən edilib ki, güllələnərək məhv edilən Eldəniz Şükürov əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum olunub. Hadisə yerindən cinayət aləti olan ''Makarov'' tipli tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Dünən axşam saatlarında Binəqədi rayonunda baş verən silahlı basqının yeni görüntüləri yayılıb.
Şübhəli şəxs evə basqın etdikdən sonra polisə silahlı müqavimət göstərməklə qaçmağa cəhd edib.
Şübhəli şəxs polis tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Məlum olub ki, cinayət əməlini əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Məmmədhüseyn oğlu Şükürov törədib.
Hadisə yerindən cinayət aləti olan "Makarov" tapançası aşkarlanaraq götürülüb.
İlkin məlumatlara görə, evə basqın edən şəxs 30 milyon manat pul istəyib.
Baku TV-nin basqınla bağlı əldə etdiyi yeni görüntüləri təqdim edirik:
Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edən şəxsin zərərsizləşdirilməsinin görüntüləri yayılıb.
"Qafqazinfo" qonşulardan birinin hadisə yerindən telefonla çəkdiyi videonu əldə edib.
Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər.
Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
Şübhəli şəxs hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxs onun evinə özünü MTN əməkdaşı kimi təqdim edərək daxil olub:
"Qızım kameradan görüb ki, evə maskalı şəxs daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub".
Daha ətraflı Baku TV-nin süjetində:
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Eldəniz Məmmədhüseyn oğlu Şükürov törədib.
Hadisə yerindən cinayət aləti olan "Makarov" tapançası aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Rəylər