“Daewoo” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Yanğın nəticəsində “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.