Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda bir milyon manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
Bakıda dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ittihama görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasına köçürülməsini təşkil etməklə həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonları ərazisində istintaqa məlum olmayan şəxslərin vasitəsilə əldə edib.
O, ümumilikdə 1 milyon manata yaxın vəsaiti ələ keçirməkdə, xüsusilə külli miqdarda dələduzluqda ittiham edilib.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işində 2 nəfər- Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- 238 minə aldığı gözəllik cihazları başına bəla oldu
- Vəkillikdən uzaqlaşdırılan Aşurovaya elektron qolbaq taxıldı
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
- Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?