Qarlı hava şəraiti ilə əlaqədar indiyə kimi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 135-i qadın, 157-si kişi olmaqla, 292 nəfərin müraciəti qeydə alınıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.
"Onlardan 269 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 23 nəfərə yerində yardım olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Fevralın 24-dən bu saata qədər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 90 nəfər müraciət edib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub:
"15 nəfər əməliyyat üçün stasionara qəbul edilib".
Aygün Mirakif