Bakıda çay evində oğurluq hadisəsi baş verib. Əli Vəliyev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək çay evində əl çantasını unutduğu, götürmək üçün qayıdan zaman isə çantanın orada olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, o, çantasında 38700 manat pul olduğunu deyib.
Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məlum olub ki, oğurluğu törədənlər çay evinin ofisiantları, Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifovdur.
Onlar saxlanılıb.
Hər iki şəxs sahibsiz bağlamanı itməməsi üçün ordan götürdüyünü, qorxudan polisə xəbər vermədiyini deyib.
E.Ə.
www.oxu.az