Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 19 il azadlıqdan məhrum olunmasının məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm olunub, Rəhim Qasımova 17 il həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun dayısı Firdovsi Həsənovu öz evində bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli