Paytaxtda dələduzluqla məşğul olan şəxs saxlanılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 2013-cü ilin mart-noyabr aylarında İlhamə adlı qadın etibarlarından sui-istifadə edərək, Bakı şəhər sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alıb və qaytarmayıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən İlhamə Xəlilova tutulub.
Araşdırmalar davam etdirilir.