Dekabrın 21-də saat 01:00 radələrində Bakının Sabunçu rayonunda bir ailənin üzvləri döyülüblər.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin məlumatına görə, Elvin və Səbuhi adlı şəxslər Sabunçu qəsəbə sakini Zakir Əsədov (1956-cı il təvəllüdlü), onun həyat yoldaşı Zəminə (1961-ci il), oğlu Zaur (1982-ci il) və qızı Tünzaləni (1985-ci il) döyüblər.
Məlumata görə, Elvin və Səbuhi içkili olublar.
Saat 01:00 radələrində onlar Əsədovun evinə gələrək, qalmaqal yaradıblar və bu zaman onun həyat yoldaşı ilə qızını döyüblər.
Hazırda istintaq cinayətin motivini araşdırır. Məlumdur ki, Zakir Əsədov taksi sürür. Elvin və Səbuhi hələ saxlanılmayıblar.