Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda həbsxanada fırıldaq: Məhbus yoldaşının pullarını ələ keçirdi
Bakı şəhəri Xəzər rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan 1983-cü il təvəllüdlü Elvin H-nin cəza müddəti artırılıb.
Publika.az-ın məlumatına görə, 2022-ci ildə dələduzluq əməlinə görə 7 il 6 ay müddətinə həbsə məhkum edilmiş şəxsin cəza müddəti 6 ay artırılaraq 8 il edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.
Məlum olub ki, əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış Elvin həbsdə onunla bir yerdə saxlanılan Sahib adlı şəxsin əfv üçün müraciət etdiyini öyrənib. O, Sahibi inandırıb ki, həbsdən çıxmasına kömək edəcək. Bu adla Elvin məhbus yoldaşından 6 min manat pul alıb. Pul Sahibin yaxınları tərəfindən Elvinin dediyi kartlara göndərilib.
Lakin sonradan Elvinin yalanının üstü açılıb və onun barəsində dələduzluq əməlinə görə yeni cinayət işi açılıb.
"Fırıldaqçılıq" teqi üzrə xəbərlər
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- Sankt-Peterburqda fırıldaqçılar təqaüdçüdən 30 milyon rubldan çox pul oğurlayıblar
- Rusiyada maraqlı hadisə: Fırıldaqçılardan bəhs edən serialın aktyorunu elə fırıldaqçılar aldatdı
- Erkan Can: "Aktyor olsam da, dələduzlar rollarını mənə "yedirtdilər"
- Larisa Dolina yenə də dələduzların hədəfində: Bu dəfə saxta video ilə evini satdılar
Rəylər