Bakıda hoteldə oğurluq hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə hadisə Nəsimi rayonunda yerləşən “Eliton” hotelində qeydə alınıb.
Həmin hoteldə A.Şahhüseynovun 2 200 manatlıq mobil telefonu oğurlanıb.
Zərərçəkən telefonunun hotel işçisi tərəfindən oğurlandığından şübhələnir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.