Dünən Bakının Maştağa qəsəbəsində 53 yaşlı kişinin intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bilək damarlarını kəsərək həyatına son qoyan Lütfəli Cabbarov tək yaşayırmış və xeyli müddətdir işsiz imiş.
Dərin psixoloji sarsıntı keçirən şəxs sonda həyatını bitirmək qərarına gəlib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
S.B.
www.oxu.az