Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda keçmiş məhkum küçədə avtomobil qarət etdi
Bakıda avtomobil qarət edilib.
Trend-in məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib.
Qəsəbə sakini Sakit Sadıqova məxsus “Niva” markalı avtomobil küçədə qarət edilib. Naməlum şəxs avtomobildən 600 manatlıq mobil telefonu oğurlayıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Bakı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar