Binə qəsəbəsinin “Donuzçuluq” sovxozunun sakini, 45 yaşlı İlhamə Eynulla qızı Talıbovanın bədənində ekspertlər on üç bıçaq yarası müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Suraxanı Rayon Polis İdarəsindən bildiriblər.
Talıbovanın cəsədi oktyabrın 25-də ona məxsus evdə aşkar edilib.
Gecə cinayət-axtarış əməliyyatçıları qətli törətməkdə şübhəli bilinən şəxsin izinə düşərək saxlayıblar. Bu, Xəzər rayonunda qeydiyyatda olan Nardaran sakini, 1965-ci il təvəllüdlü Azər Şəmsəddin oğlu Ağayevdir.
Azər Ağayev İlhamə Talıbova ilə bərabər yaşayırdı. Kişini ağır vəziyyətdə şəhər xəstəxanalarının birində tapıblar. O, ağır yol qəzası nəticəsində aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
A.Ağayev törətdiyi əməli etiraf edib və bildirib ki, qətldən sonra avtomobilə oturaraq oradan uzaqlaşmaq istəyib, yolda qəzaya düşüb. Qətlə gəldikdə isə o, İ.Talıbovanı qısqanclıq zəminində öldürdüyünü bildirib.
Qeyd edək ki, İlhamə Talıbova bir uşaq tərbiyə edirdi. Fakt üzrə istintaqı rayon Prokurorluğu aparır.
11:22
Bakıda qətl hadisəsi törədilib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Hadisə oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib.
1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib.
Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
A.M.